Dünya

Latviya hava məkanında PUA həyəcanı: NATO-nun qırıcı təyyarələri havaya qaldırıldı

Latviya hava məkanında PUA həyəcanı: NATO-nun qırıcı təyyarələri havaya qaldırıldı

Latviya Silahlı Qüvvələri bu səhər mənşəyi məlum olmayan bir pilotsuz uçuş aparatının (PUA) Latviya hava məkanını qısa müddətə pozduğunu, buna cavab olaraq isə NATO-nun qırıcı təyyarələrinin qarşısını almaq üçün havaya qaldırıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, həm Avropa İttifaqı (Aİ), həm də NATO üzvü olan Latviyanın hava məkanı mənşəyi məlum olmayan bir PUA tərəfindən pozulub. Latviya Silahlı Qüvvələri pozuntunun qısa müddətli olduğunu və səhər saatlarında baş verdiyini bildirib. Hərbi qurum qeyd edib ki, PUA-nın qarşısını almaq üçün NATO-nun qırıcı təyyarələri və PUA-ları səfərbər edilib, həmçinin Ludza şəhərinin şimalında həyəcan elan olunub.
Məlumata görə, bu pozuntu Rusiyanın Leninqrad vilayətini hədəf alan PUA hücumu zamanı baş verib. Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hücum zamanı 40-dan çox PUA-nın vurulduğunu açıqlayıb.
Bu arada, Polşa ötən çərşənbə axşamı Rusiyaya məxsus bir PUA-nın öz hava məkanını pozduğunu bəyan etmişdi.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir