Fransa xəbər agentliyi “Agence France-Presse”in (AFP) kiberhücuma məruz qaldığı bildirilir.
Elchi.az xəbər verir ki, ölkə mətbuatında yer alan məlumatlara görə, AFP-yə qarşı kiberhücum 25 noyabrdan 26 noyabra keçən gecə baş verib.
AFP rəhbərliyi yaydığı bəyanatda bildirib ki, kiberhücum agentliyin foto və video materiallarının yayılması üçün istifadə olunan “AFP Forum” platformasını hədəf alıb.
Bəyanatda qeyd olunub ki, hücum aşkar edilən kimi agentliyin komandaları təhlükəsizliyi təmin etmək məqsədilə platformanı fəaliyyətdən dayandırıblar və əlavə edilib: “Ehtiyat tədbiri olaraq, ‘AFP Forum’a giriş müvəqqəti olaraq dayandırılıb”.
Kiberhücumla bağlı araşdırmaların davam etdiyini vurğulayan rəhbərlik, həmçinin bildirib: “Hazırkı mərhələdə hücumu həyata keçirənlərin kimliyi barədə heç bir məlumatımız yoxdur”.
Şayəstə