Dünya

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti 2028–2034-cü illər üçün uzunmüddətli büdcə ilə bağlı fikir ayrılıqları səbəbindən pozulmaq təhlükəsi ilə üz-üzədir.

Elchi.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi danışıqlara yaxın mənbələrə istinadən məlumat verir.

Həmin mənbələrin bildirdiyinə görə, büdcə xərclərinin azaldılmasının tərəfdarı olan Finlandiya, İsveç, Danimarka və Avstriya Avropa Şurasının sədri Antoniu Koştanın təklif etdiyi kiçik qrup məsləhətləşmələrində iştirak etməkdən faktiki olaraq imtina ediblər.

Qeyd olunur ki, siyasətçi blokun digər üzv dövlətləri ilə danışıqları davam etdirir.

Daha əvvəl siyasi təhlilçi Yevgeni Semibratov bildirmişdi ki, Avropa İttifaqı daxilində Kiyevlə bağlı yeni öhdəliklər ətrafında fikir ayrılıqları yaranıb. Onun sözlərinə görə, blokun Ukraynaya maliyyə dəstəyini genişləndirmək cəhdləri daxili parçalanmalardan və Kiyevin borc yükünün daha da artması riskindən xəbər verir.

                                                                                                                                                                       Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir