Dünya

Putin G20 sammitinə gələ bilər – Tramp

Putin G20 sammitinə gələ bilər – Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyini bilmədiyini bildirib.

Elchi.az xəbər verir ki, o, bu fikirləri jurnalistlərə açıqlaması zamanı səsləndirib.

“Bilmirəm, amma əgər gəlmək istəyirsə, əlbəttə ki, gələ bilər”, – deyə Amerika lideri bildirib.

Noyabrın 19-da Putin bildirib ki, Tramp onu yenidən G20 sammitinə dəvət edib. O, minnətdarlığını ifadə edib, lakin qeyd edib ki, xaricə səfərlə bağlı qərarı Rusiyadakı vəziyyətdən asılı olacaq.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin sammitdə iştirak edib-etməməsi ilə bağlı hələ qərar verməyib.

                                                                                                                                                                         Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir