Parisdə və paytaxt regionunda keçirilən etiraz aksiyaları zamanı baş verən kütləvi nümayişlər və iğtişaşlar turizmdən əldə olunan 1,5 milyard avro gəlirin itirilməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, bu barədə regionun rəhbəri Valeri Pekress bildirib.
“İqtisadi fəsadlar ilk növbədə turizm gəlirlərinin itirilməsində özünü göstərir. Bilirsiniz ki, Paris regionu təbii ki, turizm deməkdir. Burada biz turizmdən 1,5 milyard avro gəlir əldə edə bilmədik”, – deyə o, “France 2” telekanalının efirində bəyan edib.
Pekress dəqiqləşdirib ki, söhbət yalnız son iki ayın gəlirlərindən gedir. Onun sözlərinə görə, turizm aktivliyinin azalması nümayişlər səbəbindən otellərdə bronların ləğv edilməsi və mağazaların bağlanması, eləcə də bu müddət ərzində baş verən talan və dağıntılarla birbaşa bağlıdır.
Xatırladaq ki, Fransada kütləvi etirazlar sentyabrın sonundan etibarən keçirilir. Həmin vaxt məktəblilər təhsil müəssisələrinin pis vəziyyətinə, həddindən artıq yüklənmiş dərs cədvəlinə və bir sıra fənlər üzrə müəllim çatışmazlığına etiraz edərək məktəbləri bloklamağa başlamışdılar. Oktyabr ayında isə maaşların artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edən həmkarlar ittifaqı təşkilatlarının etirazları başlayıb.
Məryəm