Dünya

Roma Kiyevə 20-yə qədər “Eurofighter” qırıcısı verə bilər

Roma Kiyevə 20-yə qədər “Eurofighter” qırıcısı verə bilər

İtaliya Kiyevlə 10-dan 20-yə qədər “Eurofighter” qırıcısının tədarükünü müzakirə edir.

Elchi.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşr həmçinin qeyd edir ki, Ukraynanın Liviya ərazi sularında həyata keçirdiyi və İtaliya hakimiyyətini ciddi narahat edən son hərbi əməliyyat epizodu Romanın ümumi siyasi xəttini dəyişmir. Roma yenicə təsdiqlənmiş sonuncu hərbi yardım paketini geri çağırmaq niyyətində deyil. “İtaliya hökuməti iki hökumət arasında 10-dan 20-yə qədər “Eurofighter” qırıcısının tədarükü ilə bağlı artıq aparılan danışıqların dayandırılması imkanını da nəzərdən keçirmir”, – deyə qəzet yazır.

Xatırladaq ki, noyabrın 22-də Ukrayna dronları Liviyanın Benqazi limanına hücum edib. Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni aktla bağlı məsuliyyəti üzərinə götürən Ukraynanın hərəkətlərini Liviya dövlətinə müharibə elan edilməsinə bərabər adlandırıb. İtaliyanın rəsmi dairələri isə ölkə yaxınlığında baş verən insidenti son dərəcə təhlükəli qiymətləndiriblər.

                                                                                      Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir