Almaniyanın Kel şəhərində erməni ailəsinin beş üzvünün meyiti aşkarlanıb.
Elchi.az xəbər verir ki, polisin məlumatına görə, 46 yaşlı kişi, onun 74 yaşlı anası və yaşları 10-dan 14-ə qədər olan üç uşaq həyatını itirib. Uşaqlar Almaniya və Ermənistan vətəndaşlığına malik olublar.
Hadisə məktəbdə uşaqların dərsə gəlməməsinə diqqət yetirildikdən sonra məlum olub. Almaniyanın “Die Zeit” qəzetinin yazdığına görə, faciənin ehtimal olunan səbəbi kimi qaz sızması göstərilir, lakin istintaqın hələ də cavabsız qalan sualları var.
Daha iki uşaq – 12 yaşlı oğlan və 11 yaşlı qız ağır vəziyyətdə xəstəxanadadır. Hadisə baş verən zaman ailənin anası evdə olmayıb.
Məryəm