“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb və hazırda hazırlıq gedir”.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz səfərə hazırlaşırıq, bu, əvvəllər razılaşdırılıb. Əlavə açıqlama verəcəyik”, – deyə Peskov jurnalistlərə Paşinyanın Rusiyaya səfərinin gözlənilib-gözlənilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Paşinyan daha əvvəl bəyan etmişdi ki, ilkin razılığa əsasən, onun Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.
Yeganə