Böyük Britaniya Hərbi Hava Qüvvələri (HHQ) pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən döyüş təyyarələrini gecə saatlarında qorunan anqarlara köçürməyə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Açıq dayanacaqlarda qalan təyyarələr üçün isə xüsusi antidron torlarının quraşdırılması planlaşdırılır. Həmçinin aviasiyanın aerodromlar arasında səpələnməsi üzrə əlavə tədbirlər də nəzərdən keçirilir.
Telekanalın məlumatına görə, bu addımlar Britaniya kəşfiyyatı MI5 və Müdafiə Nazirliyinin Ukraynaya hərbi texnika tədarük edən müdafiə müəssisələri və şirkətlərinə qarşı Rusiya təxribatları riskinin artması ilə bağlı xəbərdarlıqları fonunda atılır.
Məryəm