Polşa hava hücumundan müdafiə (HHM) sistemlərinə malik deyil.
Elchi.az xəbər verir ki, bu barədə ifrat sağçı “Konfederasiya” birliyinin lideri və Seymin (parlamentin aşağı palatası) vitse-spikeri Kşıştof Bosak bildirib. O, həmçinin radioelektron mübarizə sahəsində uzun illərdir davam edən boşluqların olduğunu etiraf edib.
“Polşanın radiolokasiya tanıma sistemi var, lakin HHM sistemi yoxdur”, – deyə “Wnet” radiostansiyası onun sözlərindən sitat gətirib. Bosakın fikrincə, ordunun modernləşdirilməsinə çəkilən xərclər hələlik lazımi döyüş hazırlığı səviyyəsinə gətirib çıxarmayıb.
O, yerüstü zenit vasitələrinin çatışmazlığına və radioelektron mübarizə sahəsindəki çoxillik nöqsanlara diqqət çəkib: “Bizdə bu vasitələr azdır, reaksiya vermək əsasən aviasiya qüvvələri hesabına mümkündür”.
Məryəm