“Budapeşt Avropa İttifaqının (Aİ) Ukrayna üçün maliyyələşdirməsində iştirak etməyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Peter Maqyar Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.
Maqyar vurğulayıb ki, indiki Macarıstan hökuməti ağır büdcə vəziyyətini miras qoyub.
Daha əvvəl bildirilmişdi ki, Peter Maqyarın səfəri 2015-ci ildən bəri Macarıstanın baş naziri tərəfindən Ukraynaya ilk səfər olacaq. Onu Transkarpatiyaya Macarıstanın xarici işlər naziri və baş nazirin müavini Anita Orban müşayiət edib.
Yeganə