Noyabrın 18-də Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.