Cəmiyyət

10 ayda 92 şagirdlə bağlı məişət zorakılığı halı qeydə alınıb

10 ayda 92 şagirdlə bağlı məişət zorakılığı halı qeydə alınıb

Cari ilin ilk 10 ayında qeydə alınan 92 məişət zorakılığı halı Uşaqların Müdafiəsi İdarəsinə bildirilib.

Elchi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən konfransda deyib.

O bildirib ki, onlardan 42-si davamlı və daha ciddi məsələ olub.

“Hər bir hal araşdırılıb. Baş verən bütün bu hadisələrlə bağlı əlaqəli təşkilatlara müraciət edilib və məişət zorakılığı ilə əlaqədar olaraq 4 şagird sığınacağa yerləşdirilib.

Bizə müraciət edilən məişət zorakılığı hallarından 10-u valideynlər tərəfindən deyil, ailədə yaşayan digər üzvlər – ögey ana, ögey ata və ya digər qohumluq əlaqəsi olan digər şəxslər tərəfindən törədilib”, – o vurğulayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir