Dünya

“Air Arabia”nın təyyarəsi sərnişinin ölümü səbəbindən təcili eniş edib

“Air Arabia”nın təyyarəsi sərnişinin ölümü səbəbindən təcili eniş edib

Şarca – Kuala-Lumpur marşrutu üzrə ABY 800 reysini yerinə yetirən “Air Arabia” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi səbəbindən İndoneziyanın Açeh əyalətindəki Sultan İskəndər Muda adına beynəlxalq hava limanında təcili eniş edib.

Elchi.az xəbər verir ki, bu barədə hava limanının administrasiyası məlumat yayıb.

Hava limanının baş meneceri Rizki İndra Budimanın sözlərinə görə, fövqəladə vəziyyət barədə məlumat daxil olduqdan sonra əməkdaşlar təyyarə eniş etdikdən sonra yardım göstərilməsi üçün müvafiq xidmətlərlə fəaliyyətlərini koordinasiya ediblər.

Tibb işçiləri sərnişini müayinə edərək onun öldüyünü təsdiqləyiblər. Sərnişinin meyiti və onu müşayiət edən şəxs təcili tibbi yardım maşını ilə Zaynoel Abidin regional xəstəxanasına aparılıb.

                                                                                       Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir