İspaniyanın El-Yerro adasına bir gün ərzində 1971 miqrant gəlib ki, bu da tarixi rekord göstərici kimi qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə EFE agentliyi rəsmi məlumatlara istinadən xəbər yayıb.
Qeyd olunur ki, miqrantlar çərşənbə axşamı adaya 14 kiçik qayıqla çatıblar. Gələnlər arasında azı 203 qadın və 137 yetkinlik yaşına çatmayan şəxs var. Uşaqların arasında təxminən dörd aylıq körpə və dəniz keçidi zamanı dünyaya gələn bir qız uşağı da olub.
Məryəm