Dünya

Conson 2022-ci ildə Ukraynada sülhə mane olub – Peskov

Conson 2022-ci ildə Ukraynada sülhə mane olub – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynadakı münaqişənin 2022-ci ildə bitməsinə mane olub.

Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Conson hazırda sülhsevər mövqeyindən uzaqdır.

“Boris Conson 2022-ci ildə müharibənin bitməsinə mane olan adamdır,-deyə Peskov bildirib

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan etmişdi ki, Rusiya ilə NATO arasında hərbi münaqişə baş verəcəyi təqdirdə, London bitənə qədər artıq mövcud olmayacaq.

                                                                                                                                                                       Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir