Hadisə

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb

Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Elchi.az -ın məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir