Pezeşkian istefa verməyəcəyini dedi

Reklam sahəsi

İran Prezidenti Məsud Pezeşkian mümkün istefa ilə bağlı xəbərləri təkzib edərək, vəzifəsindən getmək niyyətində olmadığını və öhdəliklərini qətiyyətlə yerinə yetirməyə davam edəcəyini bildirib.

Elchi.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, onun ictimaiyyətə ünvanladığı səmimi müraciət bu axşamdan etibarən dörd hissədə yayımlanacaq.

Əvvəlcədən yazılmış bu çıxışda Pezeşkian hökumətin son iki ildəki nailiyyətləri və fəaliyyətlərini şərh edib, həmçinin aktual məsələlərə, xüsusilə müharibə və danışıqlar mövzularına toxunub.

                                                                                                                                           Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir