Vyetnamın paytaxtı Hanoyda çərşənbə axşamı səhər saatlarında ehtimal olunan qaz partlayışı nəticəsində restoranın çökməsi zamanı həlak olanların sayı üç nəfərə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə yerli “VnExpress” nəşri məlumat yayıb.
Hanoy polisinin bildirdiyinə görə, yerli vaxtla saat 10:30-a (Bakı vaxtı ilə 06:30) olan məlumata əsasən, yanğınsöndürənlər və xilasedicilər dağıntılar altından 11 yaralını çıxarıb və iki nəfərin meyitini aşkarlayıblar.
Daha bir yaralı isə sonradan yerli xəstəxanada dünyasını dəyişib və bununla da ölənlərin sayı üçə yüksəlib.
Yerli hakimiyyət orqanlarının sözlərinə görə, xilasedicilər dağıntılar altında qala biləcək şəxslərin axtarışlarını davam etdirirlər.
Polis ilkin məlumatlara görə binanın qaz partlayışı səbəbindən çökdüyünü bildirib. Partlayışın dəqiq səbəbi müəyyənləşdirilir.
Şayəstə