Dünya

Pentaqon Ukraynaya “Patriot” raketlərinin tədarükünü ləngidir

Pentaqon Ukraynaya “Patriot” raketlərinin tədarükünü ləngidir

ABŞ-nin daha əvvəl Ukraynaya, o cümlədən Avropa arsenallarından göndərməyə razılıq verdiyi “Patriot” zenit-raket kompleksləri üçün təxminən 60 ələkeçirici raket hələ də göndəriş üçün Pentaqonun təsdiqini gözləyir.

Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, tədarükü qurumun rəhbəri Pit Heqset ləngidir. Nəşr qeyd edir ki, söhbət PAC-2 və PAC-3 raketlərindən gedir.

                                                                                            Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir