Dünya

Si Cinpin Fələstin xalqına dəstəyini və iki dövlət prinsipini vurğulayıb

Si Cinpin Fələstin xalqına dəstəyini və iki dövlət prinsipini vurğulayıb

Çin Fələstin xalqının milli hüquqlarının bərpası üzrə səyləri dəyişməz olaraq dəstəkləyəcək və Fələstin məsələsinin ədalətli həllinə töhfə verəcək.

Elchi.az xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpin BMT-də Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə keçirilən iclasın iştirakçılarına ünvanladığı məktubda bildirib.

Çin lideri Fələstin məsələsini “Yaxın Şərq probleminin özəyi” adlandıraraq, hazırkı gərginliyin beynəlxalq birliyin diqqətini bu problemdən yayındırmamalı olduğunu vurğulayıb. O, münaqişənin həllinin açarının “iki xalq üçün iki dövlət” prinsipinə əsaslandığını və Fələstin-İsrail danışıqlarının bərpasının vacibliyini qeyd edib.

Si Cinpin həmçinin “Fələstini fələstinlilər idarə edir” prinsipinə əməl olunmasının, İordan çayının qərb sahilində vəziyyətin nizamlanmasının, Qəzza zolağında davamlı atəşkəsə nail olunmasının və bölgənin müharibədən sonrakı bərpasının zəruriliyini diqqətə çatdırıb.

                                                                                        Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir