Dünya

ABŞ-də helikopter qəzaya uğrayıb, iki nəfər həlak olub

ABŞ-də helikopter qəzaya uğrayıb, iki nəfər həlak olub

ABŞ-nin Kaliforniya ştatının Temekula şəhərində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Elchi.az “Los Angeles Times”a istinadən xəbər verir ki, “Robinson R22” helikopteri De-Portola və Ouk-Mauntin yollarının kəsişməsi yaxınlığında təpənin yamacında qəzaya uğrayıb.

Riversayd dairəsinin şerif idarəsinin məlumatına əsasən, göyərtədə olan hər iki şəxs hadisə yerində həlak olub. Onların şəxsiyyəti hələlik müəyyən edilməyib.

Dairə hava limanları administrasiyasının nümayəndəsi Ancela Ceymison təsdiqləyib ki, helikopter Riversayd dairəsinin cənub-qərbində yerləşən Frenç-Velli hava limanından havaya qalxıb.

Hadisənin səbəbləri hələlik məlum deyil. Araşdırmanı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) aparır.

                                                                                            Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir