Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

Reklam sahəsi

Nyu-York metrosunda texniki qatarda gecə saatlarında baş verən yanğın nəticəsində 12 nəfər xəsarət alıb. Elchi.azxəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, yanğın İst-Villicdəki “Astor Pleys” stansiyasında güclü tüstülənməyə səbəb olub və nəticədə qatarların hərəkəti dayandırılıb. Nyu-York Yanğından Mühafizə Departamentinin rəis müavini Tom Kurrao dəqiqləşdirib ki, Nəqliyyat İdarəsinin yeddi əməkdaşı və beş yanğınsöndürən xəsarət alıb. Onların hamısı tüstüdən zəhərlənib.

Telekanalın məlumatına görə, nəqliyyat xidmətləri səhərə qədər yolu təmizləməyi və hərəkəti bərpa etməyi planlaşdırırdı.

“The New York Times” (NYT) qəzeti isə 14 nəfərin xəsarət aldığını bildirir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir