Kolumbiyada andiçmə mərasimi öncəsi terror xəbərdarlığı

Reklam sahəsi

Kolumbiya prezidenti Qustavo Petro, 7 avqustda Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kalidə mümkün bomba hücumu barədə xəbərdarlıq etdi.
Elchi.az xəbər verir ki, Prezident Petro sosial media paylaşımında iddia etdi ki, 7 avqustda seçilmiş prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kalidə on ton partlayıcı maddə var. Petro bildirib ki, “Kalidə on ton partlayıcı maddənin olduğunu bilirik. Narkotik qaçaqmalçılığı qrupları ümumi həyata təsir edəcək fövqəladə vəziyyət elan etmək üçün bəhanə yaratmaq məqsədilə terror aktları törətmək istəyirlər.”
Bu arada, hakimiyyət orqanları andiçmə mərasimi zamanı hər hansı bir zorakılığın qarşısını almaq üçün Kalidə 11.000-dən çox polis və əsgərdən ibarət təhlükəsizlik qüvvələrinin yerləşdiriləcəyini açıqlayıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir