Danimarkada məcburi hərbi xidmət 11 aya qədər artırıldı

Reklam sahəsi

Danimarkada yeni qayda ilə məcburi hərbi xidmət müddəti 4 aydan 11 aya qədər artırıldı.
Elchi.az xəbər verir ki, Danimarka ordusunda yeni qayda çərçivəsində məcburi hərbi xidmət müddəti uzadıldı. Yeni sistemin ilk mərhələsində hamısı könüllü olan 1600 nəfərlik bir qrup təlimə başladı. Tətbiq edilən islahatla ölkə tarixində ilk dəfə olaraq qadınlar kişilərlə bərabər şərtlərlə hərbi sistemə daxil edildi.
Bildirildi ki, yeni sistemdə əsgərlər 5 aylıq əsas təlimdən sonra 6 ay ərzində əməliyyat vəzifələrində iştirak edəcəklər. Bildirildi ki, əsgərlər donanma, hava qüvvələri və ordudakı 14 fərqli təlim mərkəzində pilotsuz uçuş aparatlarının idarə olunması, radar köməkçisi və patrul kimi müxtəlif vəzifələri yerinə yetirəcəklər. Danimarka ordusunun əməliyyat qabiliyyətini artırmağı hədəfləyən yeni qayda ilə 2033-cü ilə qədər hər il çağırılan əsgərlərin sayının 5000-dən 7500-ə çatdırılması planlaşdırılır.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir