Braziliya Argentinadakı səfirini geri çağırdı

Reklam sahəsi

Braziliya Argentina lideri Mileinin ittihamlarından sonra Buenos Ayresdəki səfirini geri çağırdı.
Elchi.az xəbər verir ki, milli medianın məlumatına görə, Braziliya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, səfir Julio Bitelli Mileinin San Pauloda Lula da Silva və Ali Məhkəmə hakimi Moraesi hədəf alan çıxışlarından sonra ölkəyə qayıtması istənilib.
Ali Məhkəmənin sədri Luiz Edson Façin də Mileini Moraesi hədəf alan və məhkəmə sisteminin müstəqilliyini vurğulayan açıqlamalarına görə qınayıb.
Hakim İşçi Partiyasının (FP) lideri Edinyo Silva Mileini Braziliya qurumlarına və prezident Lula da Silvaya hörmətsizlik etməkdə günahlandırıb. San Paulodakı Pakaembu stadionunda keçirilən Liberal Partiyasının qurultayındakı çıxışında Milei Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya dəstəyini ifadə edib, Bolsonaronun ev dustaqlığına qərar verən Lula da Silva və Ali Məhkəmə hakimi Moraesi sərt şəkildə tənqid edib. Milei ev dustaqlığı qərarını “qanunsuz” adlandıraraq bildirib ki, “Lula həbsxanada olarkən xarici liderləri qəbul etməkdən çəkinməsə də, Braziliya ədaləti mənə haqsız yerə ev dustaqlığında olan dostumu ziyarət etməyə icazə vermir”. Qurultay həmçinin Bolsonaronun oğlu, senator Flavio Bolsonaronun Liberal Partiyasının prezidentliyə namizədi kimi irəli sürülməsi qərarına gəlib. Milei Braziliya lideri Lula da Silvanı sərt tənqid edərək, Flavio Bolsonaronu oktyabr seçkilərində “sosialist qarışıqlığını dayandırmağa” çağırıb.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir