Almanların 70%-i ordunun ölkəni qoruma qabiliyyətinə etibar etmir

Reklam sahəsi

Almaniyada aparılan bir sorğuya görə, ictimaiyyətin 70%-i ordunun mümkün hücumdan ölkəni müdafiə etmək üçün kifayət qədər güclü olduğuna inanmır. Berlin Ukrayna müharibəsindən sonra müdafiə xərclərini və əsgər sayını artırmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, Alman ictimaiyyətinin böyük bir hissəsi ölkə ordusunun mümkün hücumdan müdafiə etmək üçün kifayət qədər güclü olmadığına inanır.
17 iyun – 1 iyul tarixləri arasında Almaniyada 2079 yetkinin iştirakı ilə keçirilən YouGov sorğusuna görə, iştirakçıların 70%-i Alman ordusunun ölkəni mümkün hücumdan qoruya biləcəyinə inanmır. Orduya etibar etdiyini bildirənlərin faizi 21% olaraq qalıb, 8%-i isə fikir bildirməyib.
Sorğunun əhatə etdiyi ölkələr arasında Almaniya orduya ən aşağı etibar səviyyəsinə sahib olub.
Almanların əksəriyyəti müdafiə xərclərinə maraq göstərmir
Sorğuda iştirak edən almanların 40%-i ölkənin müdafiə büdcəsinin qeyri-kafi olduğunu bildirib. Lakin iştirakçıların 77%-i artan müdafiə xərclərini ödəmək üçün vergilərin artırılmasına qarşı çıxdı. İştirakçıların 62%-i müdafiə büdcəsini artırmaq üçün dövlət xidmətlərində ixtisarlar istəmədiklərini, 59%-i isə hökumətin daha çox borc almasını istəmədiklərini bildirdilər.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir