ABŞ və İran arasında Hörmüz boğazı üzrə saziş bağlana bilər
Birləşmiş Ştatlar yaxın iki gün ərzində İranla Hörmüz boğazında gəmiçiliyin normallaşdırılmasına da imkan verəcək saziş bağlaya bilər.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.
“Biz iranlılarla danışıqlar aparırıq və Hörmüz boğazını açmaq, həmçinin bu münaqişədə daha normal mövqeyə doğru irəliləmək üçün bu gün və ya sabah saziş bağlamaq ehtimalımız var”, — deyə o, “CNBC” televiziya kanalının efirində bildirib.
Bessentin sözlərinə görə, saziş su arteriyası vasitəsilə gəmiçilik azadlığını nəzərdə tutacaq.
Məryəm