“Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynanın qurumun büdcəsindən maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilmirlər”.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts narahatlıq doğuran bir bəyanat səsləndirib.
O, mətbuat konfransında bildirib: “Hələlik heç bir razılaşma yoxdur. Lakin əvvəllər Ukraynaya yardımın Aİ büdcəsindən maliyyələşdirilməsi məsələsində müəyyən tərəddüd göstərən bəzi tərəflərin, indi vəsaitin necə ayrıla biləcəyinə – və bu prosesdə daxili siyasi ehtiyacların necə nəzərə alına biləcəyinə dair fikirləri var”.
Siyasətçi öz mövqeyinin dəyişməz qaldığını vurğuladı: bütün Aİ ölkələri Ukraynaya yardımın maliyyələşdirilməsinə töhfə verməlidir.
Xatırladaq ki, daha əvvəl Merts bildirmişdi ki, 2028–2034-cü illər üzrə büdcəyə həsr olunmalı olan Aİ sammitinin ikinci günü iştirakçılar arasındakı fikir ayrılıqları səbəbindən baş tutmayacaq.
Yeganə