Dünya

ABŞ-da kiçik təyyarə dənizə düşdü: 2-si uşaq olmaqla 6 nəfər həlak olub

ABŞ-da kiçik təyyarə dənizə düşdü: 2-si uşaq olmaqla 6 nəfər həlak olub

ABŞ-ın Missisipi ştatı sahillərində kiçik bir təyyarənin dənizə düşməsi nəticəsində, ikisi uşaq olmaqla, altı nəfər həlak olub.
Elchi.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatından Florida istiqamətində havaya qalxan “Cessna 210” tipli kiçik təyyarə, dünən yerli vaxtla saat 15:45 radələrində uçuşa nəzarət xidməti ilə əlaqəni itirdikdən sonra Missisipi sahillərində dənizə düşüb. Məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi və dalğıc qrupları göndərilib. Təxminən dörd saat davam edən axtarış-xilasetmə əməliyyatından sonra təyyarənin gövdəsi “Horn” adası yaxınlığında aşkar edilib. Gövdəyə baxış keçirilərkən məlum olub ki, təyyarədə olan altı nəfərin hamısı – dörd böyük və 8 ilə 10 yaşlarında iki uşaq – həyatını itirib.
Qəzanın səbəblərini araşdırmaq üçün təhqiqata başlanılıb.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir