Dünya

İran: Hörmüz boğazında dəniz minalarına dəyən iki neft tankeri alovlandı

İran: Hörmüz boğazında dəniz minalarına dəyən iki neft tankeri alovlandı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazının şərqində “icazəsiz marşrut”dan istifadə edən iki neft tankeri dəniz minalarına dəydikdən sonra alovlanıb.
Elchi.az xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat verib ki, Hörmüz boğazından keçən iki neft tankeri səhər saatlarında dəniz minalarına rast gəlib.
İranın “qeyri-qanuni və icazəsiz” hesab etdiyi marşrutla hərəkət edən tankerlər, minalara dəymə nəticəsində baş verən partlayışlardan sonra alovlanıb.
SEPAH yaydığı bəyanatda, naviqasiya və izləmə sistemləri söndürülmüş gəmilərin heyətlərinə xəbərdarlıq edərək, onları ABŞ-ın “yalanları”na inanmamağa və gəmilərinin dəniz minaları olan ərazilərə daxil olmasına yol verməməyə çağırıb.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir