Dünya

Nvidia-nın baş direktoru iddiaları təkzib etdi! “Trampdan heç bir təzyiq olmayıb”

Nvidia-nın baş direktoru iddiaları təkzib etdi! “Trampdan heç bir təzyiq olmayıb”

ABŞ-da yerləşən çip istehsalçısı Nvidia-da baş direktor vəzifəsinə qayıdan Jensen Huang, bu qayıdışın Prezident Donald Trampın təzyiqi nəticəsində baş vermədiyini bildirib.
Elchi.az xəbər verir ki, “The New York Times” (NYT) qəzetinin məlumatına görə, Huang çıxışında qeyd edib ki, onun geri qayıtması Nvidia Direktorlar Şurasının vəziyyəti hərtərəfli araşdırması və faktları üzə çıxarmasından sonra mümkün olub.
Baş direktor vəzifəsinə qayıdarkən Huang şirkətin davranış qaydalarını pozduğunu etiraf edərək Nvidia əməkdaşlarından üzr istəyib.
“Çox ciddi səhvlərə yol verdim”, – deyə Huang bildirib. “Həyat yoldaşım Lori-yə [Lori Huang] xəyanət etdim. Övladlarımı və əlbəttə ki, hamınızı incitdim”.
Hazırda terapiya keçdiyini qeyd edən Huang, hərəkətlərinin Direktorlar Şurasını onun şirkətdəki gələcəyini nəzərdən keçirməyə vadar etdiyini və bunun nəticəsində 12 noyabrda istefa verdiyini izah edib.
Trampın Nvidia Direktorlar Şurasına onu yenidən vəzifəyə qaytarmaq üçün təzyiq etdiyi barədə iddiaları təkzib edən Huang, geri qayıtmasının şuranın öz qiymətləndirməsi və faktları araşdırma prosesinin nəticəsi olduğunu vurğulayıb.
Daha əvvəl verdiyi açıqlamada Tramp, Nvidia Direktorlar Şurasını Huang-ı baş direktor kimi geri qaytarmağa özünün inandırdığını iddia etmişdi.
Huang 12 noyabrda istefa vermişdi.
8 noyabrda Nvidia Direktorlar Şurası, Jensen Huang-ın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfində olduğuna dair xəbərlərdən sonra müstəqil araşdırmaya başlandığını elan etmişdi.
Araşdırma, Huang ilə Pekin administrasiyasına məlumat ötürdüyü iddia edilən çinli iş adamı Alice Huang arasında yaxın münasibətlər barədə məlumatların ortaya çıxmasından sonra başladılmışdı. 12 noyabrda şirkət, Huang-ın prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minməklə istefa verdiyini açıqlamışdı.
Dünən Nvidia, Huang-ı yenidən şirkətin prezidenti və baş direktoru vəzifələrinə qaytardı.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir