ABŞ Ukraynadakı münaqişədə məğlubiyyətini etiraf edib
“ABŞ və müttəfiqləri Ukraynadakı münaqişədə məğlub olublar”.
Elchi.az xəbər verir ki, bu qiymətləndirməni Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor “Deep Dive” YouTube kanalında səsləndirib.
“Biz Ukraynada uduzmuşuq. ‘Biz’ deyərkən ABŞ-ı nəzərdə tuturam. Bütün müttəfiqlərimiz iflas ərəfəsindədir, hamısı müflis olur. Heç kimin pulu yoxdur”, – deyə ekspert bildirib.
O, Avropanın Rusiyaya qarşı böyük səfərbərlik həyata keçirməyəcəyini vurğulayıb.
Makqreqor həmçinin qeyd edib ki, münaqişə dövründə Rusiya zəifləməyib, əksinə, mövqelərini daha da möhkəmləndirib və hazırda əla vəziyyətdədir. Pentaqonun keçmiş müşaviri bunu Rusiya tərəfinin ehtiyatlı və düşünülmüş şəkildə hərəkət etməsi, eləcə də resurslarını səmərəli idarə etməsi ilə izah edib.
Daha əvvəl ABŞ Ordusunun istefada olan polkovniki Lourens Uilkerson bildirmişdi ki, limanlarının blokadaya alınması nəticəsində Ukrayna təchizat yollarını itirib və Kiyev yaxın vaxtlarda çöküşlə üzləşə bilər.
Yeganə