“Blue Star Paros” sərnişin-avtomobil bərəsi gəminin minalanması ehtimalı ilə bağlı daxil olan məlumatdan sonra marşrutunu dəyişərək Afina yaxınlığındakı Yunanıstanın Lavrio limanına yönəlib.
Elchi.az xəbər verir ki, bu barədə “Ekathimerini” qəzeti məlumat yayıb.
Bərə Pireydən Siros, Tinos və Mikonos adalarına müntəzəm reys həyata keçirirdi. Gəminin göyərtəsində 259 sərnişin və 65 heyət üzvü, həmçinin 29 minik avtomobili, səkkiz motosiklet və 24 yük maşını olub.
Minalanma barədə məlumatın hansı şəraitdə daxil olduğu dəqiqləşdirilmir. Lavrio limanında gəmi sahil mühafizəsinin istehkamçıları tərəfindən xüsusi təlim keçmiş itin köməyi ilə yoxlanılacaq. Əraziyə yanğınsöndürən və tibb briqadaları da cəlb olunub.
Məryəm