Kiyevdə yenidən partlayış səsləri eşidilib, bundan bir qədər əvvəl şəhərdə hava həyəcanı elan olunub.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Novosti Live” nəşri məlumat yayıb.
Partlayışlardan qısa müddət sonra Ukrayna paytaxtında hava həyəcanı ləğv edilib.
Ukraynanın bəzi regionlarında, o cümlədən Kiyev vilayətində həyəcan siqnalları işləməyə davam edir. Ötən gecə də Ukrayna paytaxtında partlayışların baş verdiyi və bundan sonra şəhərin rayonlarından birində yanğın çıxdığı barədə məlumat yayılmışdı.
Məryəm