Dünya

Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayan qanunun müddətini uzadıb

Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayan qanunun müddətini uzadıb

Finlandiya hökuməti Rusiya ilə quru sərhədini bağlamağa əsas verən sərhəd təhlükəsizliyi haqqında qanunun qüvvədə olma müddətini iki il – 31 dekabr 2028-ci il tarixinədək uzadıb.

Elchi.az xəbər verir ki, bu barədə Finlandiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanun dekabrın 1-də qüvvəyə minəcək. O, hakimiyyət orqanlarına sərhədin ayrı-ayrı sahələrində beynəlxalq müdafiə verilməsi ilə bağlı müraciətlərin qəbulunu məhdudlaşdırmağa imkan verir.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, şərq sərhədində miqrantların mütəşəkkil şəkildə ölkəyə daxil olması təhlükəsi yüksək olaraq qalır. Onun sözlərinə görə, qanunun müddətinin uzadılması təhlükəsizliyin möhkəmləndirilməsi və mümkün fövqəladə hallara hazırlıq üçün zəruridir.

Finlandiya ilə Rusiya arasındakı quru sərhəd-keçid məntəqələri 2023-cü il dekabrın 15-dən bağlıdır. Finlandiya hakimiyyəti bunu üçüncü ölkələrdən olan miqrantların sərhədə mütəşəkkil şəkildə yönləndirilməsi ehtimalı ilə əlaqələndirir.

                                                                                            Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir