Oman sahillərində tanker hücuma məruz qalıb.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Xasabdan (Oman) 18 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Yerli hakimiyyət orqanları Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən tankerin naməlum mərmi ilə vurulduğunu bildirib”, – deyə əlaqələndirmə mərkəzindən qeyd olunub.
Xəsarət alanlar barədə məlumat verilmir, gəminin adı və qeydiyyat limanı açıqlanmır.
Məryəm