Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa İttifaqının (Aİ) Ukraynaya əlavə maliyyə ayırması sülh prosesinə mənfi təsir göstərəcək.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Kreml rəsmisi vurğulayıb ki, bunun sülh prosesi üçün nəticələri heç də yaxşı olmayacaq.
Peskovun sözlərinə görə, Avropanın təşviqi ilə hərəkət edən Ukrayna sülh yolu ilə nizamlanmaya meylli deyil; əksinə, münaqişəni uzatmağa çalışır ki, bu da həm ukraynalıların, həm də avropalıların maraqlarına mənfi təsir göstərir.
Daha əvvəl xəbər verildiyi kimi, Ukraynaya əlavə 45 milyard avro məbləğində kreditin ayrılması məsələsi noyabrın 26–27-nə planlaşdırılan Aİ sammitində müzakirə olunacaq əsas mövzulardan biri olacaq.
Yeganə