Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi
Danimarkada lisey şagirdlərindən süni intellekt vasitələrindən istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yazılı tapşırıqlarını şifahi şəkildə müdafiə etmələri tələb olunur.
Elchi.az xəbər verir ki, hökumət 16-19 yaşlı lisey şagirdləri üçün kompüter ekranlarının monitorinqi də daxil olmaqla bir sıra yeni tədbirlər həyata keçirib.
Yay tətilindən sonra tədris ili başlayanda elan edilən tədbirlər, Təhsil Naziri Maqnus Heunicke-nin təcili tədbirlər tələb etməsindən dərhal sonra qüvvəyə minib.
Heunicke bildirib ki, “Orta məktəblərdə süni intellektə əsaslanan saxtakarlıqla bağlı problemimiz var. İndi tədbirlər görülməlidir”.
Təhsil Nazirliyi süni intellektin tədris və imtahanlar baxımından getdikcə artan bir problem yaratdığını qeyd edib. Yeni tədbirlər şagirdlər tərəfindən süni intellektin istifadəsinə icazə verilməməsi ilə bağlı daha aydın qaydalar müəyyən etməyi hədəfləyir.
Hökumət həmçinin bütün məktəblərdə və təhsil sektorunda süni intellektin istifadəsi ilə bağlı hərtərəfli milli strategiya hazırlayır.
Heunicke bildirib ki, süni intellektin şagirdlərin bacarıqlarını, peşəkar inkişafını və müstəqil düşünmə bacarıqlarını zəiflətməməsini təmin etmək üçün məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə məsləhətləşəcək.
Şayəstə