“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

Reklam sahəsi

ABŞ prezidenti Donald Tramp Las-Veqasda çıxışı zamanı səhnənin kənarına doğru gedən uşağı saxlayaraq onun “Bayden kimi yıxılmasını” istəmədiyini bildirib.

Elchi.az xəbər verir ki, onun çıxışını Ağ Ev canlı yayımlayıb.

Amerika lideri cıxışı zamanı gənc bir amerikalı cütlüyü uşaqları ilə birlikdə səhnəyə dəvət edib ki, onlar Ağ Evin daxili siyasətinin ailələrinə necə təsir etdiyini danışsınlar. Səhnəyə qalxan uşaqlardan biri onun kənarına doğru yönəldikdə Tramp qaçaraq onu saxlayıb və deyib: “Onun Bayden olub yıxılmasını istəmirəm”.

ABŞ prezidenti bundan əvvəl də dəfələrlə özündən əvvəlki prezident Co Baydenin büdrədiyi hallara diqqət çəkmişdi. Tramp bunun Baydenin səhhətinin pisləşməsinin və ölkəni idarə etməyə qadir olmamasının sübutu olduğunu iddia edirdi.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir