Ankara–İrəvan xəttində gözlənilməz sürətlənmə – Növbəti kritik həmlə

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi enerji sahəsinə keçir.

Xeberleraz.com xəbər verir ki, tərəflər Gümrü–Qars elektrik ötürücü xəttinin bərpası və yenidən işə salınması istiqamətində müzakirələri davam etdirirlər.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyə Elektrik Ötürmə Korporasiyasının İdarə Heyətinin sədri və baş direktoru Mustafa Puştunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində Gümrü–Qars elektrik ötürücü xəttinin bərpası və istismara verilməsi üçün aparılan işlər müzakirə olunub.

Tərəflər Ermənistan və Türkiyənin elektrik enerjisi sistemlərinin bir-birinə bağlanmasının həm ikitərəfli münasibətlər, həm də regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar.

Xəttin işə salınması iki ölkənin enerji sistemləri arasında bağlantı yaradaraq gələcəkdə elektrik enerjisinin qarşılıqlı ötürülməsinə imkan verə bilər.

Musavat.com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir