Paşinyan DİLENMA QARŞISINDA: İrana qarşı sanksiyalara QOŞULACAQMI?

Ermənistan ABŞ-nin İrana qarşı yeni sanksiyalar paketinin qarşısında çətin seçimlə üzləşib. Tehranla yaxın münasibətləri qorumağa çalışan İrəvan indi Vaşinqtonun sanksiya təzyiqindən yayınmağın yollarını axtarır. Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni sanksiyalar paketini nəzərdən keçirdiklərini açıqlaması İrəvanın İranla münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə dair diqqətçəkən siqnaldır.

Paşinyanın son açıqlaması göstərir ki, İrəvan üçün əsas məsələ artıq yalnız İranla münasibətlərin taleyi deyil, ABŞ sanksiyalarının Ermənistan iqtisadiyyatına toxunmasının qarşısını almaqdır. Bu isə gələcəkdə Ermənistanın Tehranla iqtisadi əməkdaşlığında müəyyən məhdudiyyətlərə gedib-getməyəcəyi sualını gündəmə gətirir.

İrəvan Vaşinqtonun təzyiqi qarşısında Tehranla əlaqələrini məhdudlaşdırmağa başlaya bilərmi?

Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirdi ki, Paşinyan hökumətinin ABŞ sanksiyalarına açıq şəkildə meydan oxuması real görünmür: “Ermənistan hökuməti yeni sanksiya paketini nəzərdən keçirdiyini bildirir və İrəvan üçün əsas həssas məqam Ermənistanın özünün ikinci dərəcəli sanksiyalar və ya digər məhdudiyyətlərlə üzləşməməsidir. ABŞ son aylarda İranın maliyyə, aviasiya, texnologiya və hərbi təchizat imkanlarını məhdudlaşdıran tədbirləri genişləndirib. Eyni zamanda, Ermənistan-ABŞ münasibətləri strateji tərəfdaşlıq və TRIPP kimi layihələr fonunda dərinləşir. Buna görə İrəvanın Tehran naminə Vaşinqtonla qarşıdurmaya getməsi deyil, sanksiyaların əhatə etdiyi sahələrdə daha ehtiyatlı davranması daha məntiqli ssenaridir. Amma bu, Ermənistanın İranla münasibətlərini kəskin şəkildə məhdudlaşdıracağı anlamına da gəlmir. Paşinyan cəmi bir həftə əvvəl BMT Baş Assambleyasındakı çıxışında İranla münasibətlərin Ermənistan üçün “müstəsna əhəmiyyət” daşıdığını bildirib. İran və Ermənistan arasında tranzit və digər əməkdaşlıq istiqamətləri üzrə təmaslar da davam edir. Buna görə İrəvanın mümkün xətti selektiv balanslaşdırma ola bilər, ABŞ sanksiyalarını poza biləcək maliyyə əməliyyatları və şirkətlərlə əməkdaşlıqda məhdudiyyətlər, paralel olaraq enerji, nəqliyyat və sanksiyalara düşməyən ticarət sahələrində Tehranla əlaqələrin qorunması… Hazırda Paşinyanın qarşısındakı əsas məsələ “ABŞ, yoxsa İran?” seçimi etməkdən daha çox, İranla əməkdaşlığı Ermənistanın özünü ABŞ sanksiyalarının hədəfinə çevirməyəcək çərçivədə saxlamaqdır”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir