Krım körpüsü 11 NÖV SİLAHLA vurulub – Kremldən İLK AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Krım körpüsünün bərpa ediləcəyini və “əvvəlkindən də yaxşı olacağını” bildirib.

Xeberleraz.com Musavat.com-a istinadən xəbər verir ki, bu arada körpüyə endirilən kütləvi hücumun detalları da üzə çıxıb.

Məlumata görə, Krım körpüsünə zərbə əməliyyatında 11 növ raket, pilotsuz uçuş aparatı və digər hücum vasitələrindən istifadə olunub.

Siyahıda “Dovbush”, “Vendeta”, “Da Vinci”, “Siçen”, “MICH 2000”, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flamingo” və R-360 “Neptun” yer alır.

Bildirilir ki, körpünün avtomobil hissəsinə “Palyanitsa” pilotsuz uçuş aparatları, dəmir yolu hissəsinə isə “Neptun” raketləri, “Ruta” dronları və FP-5 “Flamingo” qanadlı raketləri ilə zərbələr endirilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir