Şükran Günü bayramı ərəfəsində ABŞ-ı vuran fırtına, xüsusilə Şərq Sahilində 835 mindən çox ev təsərrüfatının elektrik enerjisiz qalmasına və yüzlərlə uçuşun ləğv edilməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, Fırtına Şükran Günü bayramı dövründə ABŞ-ın Şərq Sahilini və mərkəzi bölgələrini əhatə edib.
“PowerOutage.us” veb-saytının məlumatına görə, fırtına nəticəsində bir neçə ştatda, xüsusilə Pensilvaniya, Merilend və Virciniyada ümumilikdə 835 278 ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Eyni zamanda, uçuşları izləyən “FlightAware” saytı bildirir ki, fırtına səbəbindən 400-dən çox uçuş ləğv edilib, 2000-dən çox uçuş isə təxirə salınıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bir sıra hava limanlarında, o cümlədən Virciniyadakı Ronald Reyqan Vaşinqton Milli Hava Limanında və Nyu-Yorkdakı LaQuardia Hava Limanında uçuşları müvəqqəti olaraq dayandırıb.
İki ştatda fövqəladə vəziyyət elan edilib
Fırtına səbəbindən Nyu-Cersi ştatında və Nyu-York ştatının bəzi hissələrində fövqəladə vəziyyət elan olunub.
Fırtınadan zərər çəkən ştatlarda həmçinin daşqınlar baş verib.
Şayəstə