Dünya

Meloni İtaliyanın Aİ-nin çoxillik büdcəsinə “yox” dediyini bəyan edib

Meloni İtaliyanın Aİ-nin çoxillik büdcəsinə “yox” dediyini bəyan edib

İtaliyanın Baş naziri Corca Meloni ölkəsinin hazırkı mərhələdə Avropa İttifaqının (Aİ) çoxillik büdcəsini dəstəkləməyəcəyini bəyan edib.

Elchi.az xəbər verir ki, onun sözlərinə görə, bu məsələ üzrə razılığın əldə olunmasına hələ çox var.

“Biz həll yolundan işıq illəri qədər uzağıq. Bu təklifə “yox” deyirik, çünki verdiyimizdən az alırıq”, – deyə Meloni Aİ büdcəsinin müzakirəsinə həsr olunmuş növbədənkənar sammit çərçivəsində bildirib.

O vurğulayıb ki, razılaşmaların əldə olunması üçün vaxt çərçivəsi müəyyən etmir, lakin müəyyən şərtlər irəli sürür və hələlik nikbin deyil.

Avropa İttifaqının 2028–2034-cü illər üçün yeddiillik büdcə planı üzrə hələ də kompromis yoxdur. Şimali Avropa ölkələri xərclərin azaldılmasında israr edir, Cənubi və Şərqi Avropa dövlətləri isə təklif olunan layihəni qeyri-kafi hesab edirlər. Bir sıra Şərqi Avropa ölkələri həmçinin yeni vergilərin tətbiqinə qarşı çıxıb.

                                                                                          Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir