Avropa İttifaqına (Aİ) üzv dövlətlər narahatdırlar ki, Paris, “Milli Birlik” (National Rally) partiyasının parlament fraksiyasına rəhbərlik edən Fransa prezidentliyinə namizəd Marin Le Penin qələbə qazanacağı təqdirdə yarana biləcək nəticələri şişirdir.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti müxtəlif mənbələrə istinadən məlumat yayıb.
Fransa öz kənd təsərrüfatı sektoru üçün əlavə 35 milyard avro subsidiya tələb edir. Bu, əvvəlcə digər sahələr üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin yenidən bölüşdürülməsini tələb edəcək.
Yelisey Sarayının nümayəndəsi bildirib: “Biz istəyirik ki, ayrılan bu vəsaitlər Fransanın aldığı kənd təsərrüfatı subsidiyalarının mövcud səviyyəsini qoruyub saxlamağa kömək etsin”.
Eyni zamanda, bəzi Aİ ölkələri Parisin tələblərini qəbul etməyə ehtiyatla yanaşırlar; onlar şübhələnirlər ki, Fransa sağçı bir şəxsin hakimiyyətə gəlməsinin mümkün nəticələrini olduğundan daha ciddi göstərməyə çalışır.
Avropalı diplomatlardan biri qeyd edib: “Fransızlar bizi Le Penin rəhbərlik edəcəyi bir hökumət ehtimalı ilə qorxudaraq üstünlük əldə etməyə çalışırlar”.
Daha əvvəl xəbər verilmişdi ki, Fransa və Almaniya, Marin Le Penin hakimiyyətə gəlməsi ehtimalı qarşısında, Avropa İttifaqının 2028–2034-cü illər üçün büdcəsini yenidən baxılmaqdan qorumağa çalışırlar.
Yeganə