İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində “icazəsiz marşrutdan” istifadə edən neft tankerinin dəniz minasına çırpılaraq alışdığını açıqlayıb.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, eyniləşdirmə və naviqasiya sistemlərini söndürdüyü qeyd olunan tankerin ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının şərqindəki qadağan olunmuş zonaya daxil olub.
Tankerin dəniz minalarına çırpılmasından sonra baş verən partlayış nəticəsində alışdığı və dayandığı qeyd olunub.