Dünya

İngiltərədə həddindən artıq istilər 5258 nəfərin həyatına son qoyub

İngiltərədə həddindən artıq istilər 5258 nəfərin həyatına son qoyub

Bildirilir ki, bu yay İngiltərədə təxminən 5258 nəfər həddindən artıq istilər səbəbindən həyatını itirib; bu, 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) yazılı açıqlamasında 2026-cı ilin may-sentyabr ayları ərzində istilərlə əlaqəli ölüm halları barədə hesabatın nəticələrini təqdim edib.
Hesabatda qeyd olunur ki, bu yay İngiltərədə təxminən 5258 ölüm halı həddindən artıq istilərlə əlaqəlidir. Bu, məlumatların toplanmağa başlandığı 2016-cı ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.
İstilərlə əlaqəli ölüm hallarının sayının 2022-ci ildə 2985, 2023-cü ildə 2295, 2024-cü ildə 1311 və 2025-ci ildə 1504 olduğu vurğulanan hesabatda, cari ilki göstəricinin 2022-ci ildə qeydə alınan əvvəlki rekorddan təxminən iki dəfə çox olduğu diqqətə çatdırılır.
Hesabatda həmçinin bildirilir ki, ən çox ölüm halı 2026-cı ilin 21 iyun – 28 iyun tarixləri arasında, yəni həddindən artıq istilərin hökm sürdüyü dövrdə baş verib; həmin müddət ərzində yüksək temperaturlarla əlaqəli təxminən 2401 ölüm halı qeydə alınıb.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir