Yaponiyanın Okinava prefekturasının hakimiyyəti ABŞ Silahlı Qüvvələrinə Şərqi Çin dənizindəki Miyako adasında yerləşən hava limanından istifadəni qadağan edib. Onlar Amerika tərəfini obyektin müstəsna olaraq mülki aviasiya üçün nəzərdə tutulduğu barədə məlumatlandırıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
ABŞ hava limanından Filippindəki Amerika hərbi obyektlərinə yük daşıyan ağır nəqliyyat helikopterlərinin yanacaq doldurması üçün istifadə etməyi planlaşdırırdı. Bu obyektlər Tayvan ətrafındakı potensial münaqişə zonasından cənubda yerləşir. Miyako adasının özü də Yaponiya hərbi obyektlərinin yerləşdiyi həmin rayondadır.
Okinava prefekturasında Yaponiyadakı Amerika hərbi bazalarının ümumi sahəsinin 70%-dən çoxu cəmləşib. Orada, xüsusilə ABŞ dəniz piyadalarının ekspedisiya qruplaşması, eləcə də Birləşmiş Ştatların hüdudlarından kənarda ən iri ABŞ Hərbi Hava Qüvvələri bazası olan Kadena yerləşir.
Şayəstə