NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

Reklam sahəsi

NATO və Birləşmiş Ştatlar ölkə hakimiyyətindən icazə istəmədən istənilən an Finlandiya ərazisində nüvə silahı yerləşdirə bilər.

Elchi.az xəbər verir ki, Finlandiyanın milli-konservativ “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema belə hesab edir.

“İndi ki Finlandiya nüvə silahı haqqında qanuna dəyişiklik edib, NATO bunu etməyə qərar verərsə, Finlandiyada nüvə silahının yerləşdirilməsi üçün təsdiqə ehtiyac duymur. Bu çox mühüm məsələ ilə bağlı ictimai müzakirə aparılmayıb. Praktikada ABŞ hətta Finlandiya hakimiyyətini məlumatlandırmadan belə, istənilən an bu silahı yerləşdirə bilər”, — deyə Mema “X” sosial şəbəkəsində yazıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir